Saturday, October 5, 2013

deputatlarının bir qrupu hicab haqda narazılıq edib


Azərbaycanlıların 70 faizi iş tapa bilmir

"Gallup" Mərkəzi 146 ölkədə iş tapmağın asan, yaxud çətin olması ilə bağlı sorğu keçirib. Dünya əhalisinin əksəriyyəti ötən ili iş tapmaq üçün çox pis vaxt kimi dəyərləndirib. İşləmək qabiliyyətində olan əhalinin 57 faizi deyib ki, onların ölkələrində iş tapmaq çətindir. 33 faiz isə iş tapmaq imkanlarının qənaətbəxş olduğunu bildirib.

Ölkədə boşanma kabusu...

Il ərzində ortalama 10 min nəfərin boşanması on ildə 100 min ailənin dağılması deməkdir. Bu rəqəmin altında yatan ağır nəticələrdən isə ümumiyyətlə danışmağa dəyməz.
Psixoloq nə deyir?

EVDƏN QAÇAN QIZLARIN FACİƏSİ - Ümummilli SOS siqnalı!

Bir neçə gün öncə Kürdəmirdə evdən qaçmış 3 qız barədə xəbər demək olar ki, bütün ölkənin gündəminə  çevrilib. Mən şəxsən həmin qızların, onların ailələrinin KİV-də bu qədər çox işaqlandırılmasının əleyhinəyəm.Bəli, çox məyusedici bir hadisədir, amma həmin şəxslərin səhər-axşam TV-də göstərilməsi, adlarının mətbuatda tez-tez hallandırılması müsbət bir şey deyil. O ailələr zatən yaşayacaqları faciəni yaşayıblar, üstəlik onları bütün Azərbaycana tanıtmaq ağrılarına daha çox ağrı qatmaqdan savayı bir şey deyil.

Azərbaycanda daha bir əsgər ölümü

Quba rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Namiq Nasif oğlu Pirməmmədov ölüb.

Korrupsiya ilə mübarizə effektlidirmi?

Azərbaycanda korrupsiya ilə mübarizə də öhdəlikılər sırasına aiddir. Bu məsələ ilə bağlı Prezident Yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Bundan başqa Baş Prokuror Yanında da Korrupsiya cinayətlərini araşdıran xüsusi idarə fəaliyyət göstərir. Amma ictimaiyyət Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizədə səmimi olmadığı qənaətindədir. Hökumət bir qayda olaraq aşağı ranqlı məmurların həbsini korrupsiyaya qraşı mübarizənin məntiqi nəticəsi kimi dəyərləndirir.

Wednesday, October 2, 2013

AZƏRBAYCANDA NƏ QƏDƏR YOXSUL VAR?

Azərbaycanda yoxsulluğun səviyyəsi rəsmi rəqəmlərə görə 6 faizdir. Azərbaycanda yoxsulluğun səviyyəsi barədə rəsmi rəqəmlərin “obyektivliyinə” şübhə edən müstəqil iqtisadçılar, bu sahədə alternativ ölçmələrə ehtiyac olduğunu, lakin məlumatlara çıxışları olmadığını bildirirlər.  İqtisadçı ekspert Sabit Bağırov öz açıqlamasında deyib ki, yoxsulluq məhfumu ilə bağlı dünyada müxtəlif yanaşma vardır.